Gör necə ədəblidir!

Adətən başqa şəxslərin içində rahat olmayan, həmişə utanan, digər insanlarla ünsiyyətdən çəkinən şəxslər haqqında deyirlər ki, görün necə də ədəbli, tərbiyəlidir. Həmin şəxslərin daxilən necə əzab çəkdiklərindən isə çox zaman ətrafdakıların heç xəbəri də olmur. Hətta kənardan olan bu kimi rəyləri ilə problemi daha da qabartmış olduqlarını da bilmirlər. Bu şəxslər daxilən qorxu hissi keçirirlər. Məsələ burasındadır ki, bu qorxunun boş olduğunu məntiqlə bilsələr də ondan qurtulmağı bacarmırlar. Ətrafdakılar tərəfindən mənfi dəyərləndirilməyə, mühakimə edilməyə, rədd edilməyə qarşı ifrat həssasdırlar. Haqlarını qorumağa da çətinlik çəkirlər, özgüvənləri aşağıdır. Bu problemin adı SOSİAL FOBİYA olub, psixi sağlamlıq sahəsində ən çox təsadüf edilən psixoloji problemlərdəndir! Mütəxəssis dəstəyi şərtdir.

Comments